"Arsenal"dan 57 milyon avroluq transfer

"Arsenal” “Lion”un futbolçusu Aleksandr Lakazettini transfer etmək üzrədir.

Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, Fransa təmsilçisi 26 yaşlı hücumçu üçün London klubunun göndərdiyi 57 milyon avroluq təklifi müsbət cavablandırıb.

Bu transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, A. Lakazetti ötən mövsüm “Lion”un heyətində 45 matçda 37 qol vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar