Dünyanın əhalisi 2100-cü ildə 11,2 milyard nəfər olacaq! - BMT

ehaliAzPolitika.info xarici KİV-ə imstinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) 2100-cü ilə qədər dünyanın əhalisinin sayını hesablayıblar.

Hesablamaya gərə, 2030-cu ildə dünya əhalisinin sayı 8,6 milyard, 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfər təşkil edəcək. Bu hesablama BMT Katibliyinin sosial və iqtisadiyyat Departamenti tərəfindən hazırlanmış məruzədə öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, hazırda Yer planetinin əhalisinin sayı 7,6 milyard nəfərdir. Aşağı doğum göstəricilərinə baxmayaraq, planet əhalisinin sayı orta hesabla hər il 83 milyon nəfər artacaq. Artıq 2030-cu ildə dünyada əhalinin sayı 1 milyard artmış olacaq. Orta ömür uzunluğunun yüksəlməsi də buna öz təsirini göstərəcək. Təxminən, 80 il bundan sonra 80 yaşdan yuxarı Yer sakinlərinin sayı indikindən 7 dəfə artıq olacaq.

Çin (1,4 milyard nəfər) və Hindistan (1,3 milyard nəfər) əhalisi ən sıx olan ölkələr olaraq qalırlar.

Gözlənildiyinə görə, təxminən 2024-cü ilə əhalisinin sayına görə, Hindistan Çini ötüb keçəcək. Ekspertlər qeyd edirlər ki, əhalisinin artım ahənginə görə, ilk 10 ölkə arasında ən yüksək əhali arımı ahəngi Nigeriyada müşahidə olunur.

2050-ci ilə bu ölkə əhalisinin sayına görə, indiki 7-ci mövqedən 3-cü mövqeyə qalxaraq, ABŞ-ı ötüb keçəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar