Alman kəşfiyyatı illərlə Ağ Evi, DD və NASA-nı dinləyib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, alman kəşfiyyatı illər ərzində Ağ Evi, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentini və NASA-nı dinləməklə məşğul olub.

Alman xüsusi xidmətlərinin, xüsusilə də «BND»-nin fəaliyyəti barədə üzərindən məxfilik pərdəsi götürülmüş sənədlər izləmələrin real miqyasının üzərinə işıq salır.

Almaniyanın «Şpigel» nəşri Federal Kəşfiyyat Xidmətinin (BND) miqyaslı fəaliyyətini əks etdirən sensasiyalı reportaj dərc edib. Dərc olunmuş məlumlar göstərir ki, alman kəşfiyyatının mütəxəssisləri illər ərzində Vaşinqtonda Ağ Evin əməkdaşlarını, ABŞ Dövlət Departamentinin qulluqçularını, NASA-nı və ABŞ federal idarələrinin əməkdaşlarını dinləyib.

İzləmənin miqyası heyrət doğurur: xarici siyasətə məsul «açar» idarələrdən başqa, alman kəşfiyyatının diqqət mərkəzinə kəşfiyyatçılar üçün o qədər də xarakterik olmayan obyektlər də düşüb.

Məlum olub ki, almanlar ABŞ-ın bir neçə aparıcı elmi-tədqiqat institutunu, «Lockheed Martin» şirkətinin mütəxəssislərini və «Human Rights Watch» hüquq-müdafiə təşkilatının ofisini də müşahidə altına alıblar.

Bundan əvvəl, «Şpigel»in jurnalistləri yerli xüsusi xidmətlərin fəallığı barədə digər materiallar da dərc ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar