"Hər insan doğmalarından imtina edə bilmir" - Putin

"Mənim SSRİ-nin xarici kəşfiyyat orqanlarında fəaliyyətim yalnız Xarici Kəşfiyyat İdarəsi ilə deyil, məhz qeyri-leqal kəşfiyyatla əlaqəli olub". APA-nın məlumatına görə, bunu "Rossiya 1" telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.

"Mən bu insanları tanıyıram. Onların hansı xüsusiyyətlərə malik olduğunu yaxşı bilirəm. Hər insan öz yaxınlarından, doğmalarından imtina edə, uzun illər ərzində ölkəsindən uzaqda ola bilmir. Bu insanlar həyatını vətənə xidmətinə həsr edib. Bu nu yalnız seçilmiş insanlar edə bilər. Onlar unikal insanlardır və mən onlara yalnız uğur arzu edirəm", - deyə V.Putin qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar