GÖMRÜK RƏİSİ İŞDƏN ÇIXARILIB - Naxçıvanda gözlənilməz kadr dəyişikliyi

Sədərək Gömrük Məntəqəsinin məşhur rəisi Mirməhəmməd Seyidov 3 gün əvvəl vəzifəsindən azad olunub. Bu barədə “AzPolitika.info”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub. M.Seyidovun və daha bir neçə vəzifəli şəxsin vəzifəsindən azad olunmasının səbəbi məlum deyil. Məlumata görə, artıq Sədərək Gömrük Məntəqəsinə yeni rəis də təyin olunub.

M.Seyidov Azərbaycan cəmiyyətinə 2013-cü ilin dekabrında Türkiyədə qalmaqallı həbsi ilə tanışdır. Belə ki, həmin il dekabrın 17-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Sədərək gömrüyünün rəisi, gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov bir neçə aylıq həbsdən sonra – 04 iyul 2014-cü ildə azadlığa çıxmış və nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtmışdı.

4 il əvvəl belə böyük qalmaqaldan vəzifəsini qorumaqla çıxan M.Seyidovun indi vəzifəsindən azad olunması maraq doğurur.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar