Pakistandan törədilən terror aktları nəticəsində ölənlərin sayı 85-ə çatıb

Pakistan törədilən üç terror aktı nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Bundan terror aktları nəticəsində 73 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Paraçinar şəhərində törədilən partlayışlar nəticəsində 67 nəfər dünyasını dəyişib.

Həmin gün Belucistanın Kvetta şəhərində avtomobilin partladılması nəticəsində 14 nəfər dünyasını dəyişib.

Karaçi şəhərində isə silahlı insident nəticəsində 4 əsayiş keşikçisi ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar