Yaponiya Çinə etiraz notası verib! - Mübahisəli adalarla bağlı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hökuməti Çin gəmilərinin Yaponiyanın ərazi sularında - Çinlə mübahisəli Senkaku (çincə adı - Dyaoyuyadao) adalarında - peyda olması səbəbilə, səmaaltı ölkəyə etiraz notası verib. Xəbəri «NHK» teleşirkəti yayıb.

Şənbə günü səhər Çinin sahil-mühafizə xidmətinin 4 gəmisi Sekaku adalarının yaxınlığında Yaponiyanın ərazi sularına daxil olub və Yaponiyanın dənizdə təhlükəsizlik xidmətinin hövzəni tərk etmək barədə xəbərdarlığına baxmayaraq, 2 saat ərzində ərazidə qalıb.

Yaponiya xarici işlər nazirliyinin (XİN) Asiya və Okeaniya departamentinin direktoru Kendzi Kanasuqi etiraz notasını Çinin Yaponiyadakı səfirliyinə telefon vasitəsilə çatdırıb.

«Senkaku adaları əzəli Yaponiya ərazisidir. Ölkənin ərazi sularına soxulmaq Yaponiyanın suverenliyini pozur və tamamilə yolverilməzdir» - deyə, teleşirkət bəyanatdan sitat gətirir.

Senkaku adaları Çinlə Yaponiya arasında ərazi mübahisəsi predmetidir. Yaponiya iddia edir ki, adalara 1895-ci ildən nəzarət edir, Pekin isə xatırladır ki, 1783 və 1785-ci illərə aid yapon xəritələrində həmin adalar Çin ərazisi kimi qeyd olunub.

İkinci dünya müharibəsindən sonra, adalar ABŞ-n nəzarəti altına keçib və 1972-ci ildə Yaponiyaya verilib. Kontinental Çində və Tayvanda hesab edirlər ki, Yaponiya bu ərazini öz nəzarəti altında qeyri-qanui saxlayır. Tokio hesab edir ki, Çin və Tayvan adalara 1970-ci ildən başlayaraq, bu hövzənin faydalı qazıntılarla zəngin olduğu üzə çıxavndan sonra, iddia etməyə başlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar