Londonda yaşayış binası yanıb

Şərqi Londonun Betnal Qrin rayonunda yaşayış evi yanıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya paytaxtının yanğından mühafizə idarəsindən məlumat yayıb.

Qeyd olunur ki, yanğın binanın üçüncü mərtəbəsindəki mənzildə baş verib, hadisə yerində ümumilikdə 72 nəfər çalışır.

Bildirilir ki, yanğın nəticəsində bir nəfər xəsarət alıb, hazırda o, xəstəxanaya yerləşdirilib.

İyunun 14-də Londonda "Grenfell Tower" yaşayış evində yanğın baş verib. Son məlumatlara görə, ölən və itkin düşənlərin sayı 79 nəfər təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar