Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Gəncədə yaşayış binasında yanğın baş verib.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin bir otağında 6 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar