İnterpol Rusiyanı TƏRİFLƏDİ - “Yaxşı məlumatlar verirlər

Rusiya tərəfi İnterpol-a terror fəaliyyətinin qarşısının alınması və dünyada ekstremistləri izləmək üçün qiymətli məlumatlar verir.

Modern.az xəbər verir ki, bu haqda İnterpol-un baş katibi Yurgen Ştok bildirib.

Onun sözlərinə görə, Rusiya İnterpol-un məlumat bazasının doldurulmasında mühüm rol oynayır.

Yurgen Ştok qeyd edib ki, Rusiya kiberməkanda cinayətlərin qarşısının alınması, terrorizmə qarşı mübarizədə İnterpol-un əməliyyatlarını dəstəkləyir.

“Rusiya İnterpol-un Lion və Sinqapurdakı qərargahına ən yaxşı mütəxəssislərini qoyub”-deyə əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar