Dünyanın ən bahalı şaurması Litvada hazırlandı

Dünyanın ən bahalı şaurmasını (Wrap) Litvada hazırlayıblar. Bu barədə “madeinvilnius.lt” portalı məlumat verib. Yemək fəstfud olsa da, onu hazırlayan komandanın fikrincə, bu şaurma əla keyfiyyətlidir, çünki onun hazırlanmasında timsah ətindən, yüksək əyarlı yeməli qızıl və trüfeldən istifadə edilib. Menyuda bu yemək “Lavish croco lavash aka Robin Hood” adlanır və qiyməti 28,89 avrodur. Onu hazırlayan Karolis Yaruşyaviçyus qeyd edib ki, qiyməti baha olan bu ekzotik yeməyin satışından əldə edilən qazancın yarısı ciddi xəstəliyi olan uşaq evlərinə veriləcək.

“Yeməyə “Lavish croco lavash aka Robin Hood” adı təsadüfi seçilməyib. “Lavish” səxavətli, Robin Qud isə zənginlərdən əldə etdiyi vəsaiti yoxsullara paylayan müsbət qəhrəmandır. Komandamız hər il Milad bayramında şaurmanın satışından əldə edilən qazancın yarısını xəstə uşaqlara və ya xəstələri dəstəkləyən fondlara ianə etmək qərarına gəlib”, - deyə K.Yaruşyaviçyus qeyd edib. (Azərtac)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar