Tramp müsəlmanları Ramazan bayramı münasibəti ilə təbrik edib

ABŞ prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin Ağ ev tərəfindən yayılan təbrikində deyilir.

"ABŞ müsəlmanları müqəddəs Ramazan ayında etiqad və xeyriyyəçilik işlərində bütün dünya müsəlmanlarına qoşulurlar.

Onlar ailələri və dostları ilə Eyd əl-Fitri bayram edərkən qonşulara yardım ənənəsinə sadiq qalaraq öz çörəklərini ən müxtəlif həyat tərzi sürən insanlarla bölüşürlər. Bu bayram bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır. ABŞ dünya müsəlmanları ilə birgə bir daha bu dəyərlərə bağlı olduğunu ifadə edir", — deyə təbrikdə qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar