İsrail Suriya ordusuna hava zərbələrinin endirməsinin səbəbini açıqlayıb

İsrailin Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirərək, iki tank və iriçaplı pulemyot vurublar. Zərbələrə səbəb İsrail ordusunun nəzarətində olan Holan təpələrinə 10-dək mərminin təsadüfən atılması olub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun komandanlığının məlumatında bildirilir.

İsrail tərəfi mərmilərin Suriya ərazisindən təsadüfən atıldığını etiraf edərək, insidenti İsrail suverenliyinin yolverilməz pozuntusu kimi qiymətləndirib.

İsrail tərəfdən xəsarət olmayıb. Hərbçilərin sözlərinə görə, mərmilər Suriya ordusunun Kuneytra rayonunda müxalifətçi silahlı dəstələri ilə döyüşləri zamanı atılıb.

“Bizim nöqteyi-nəzərə əsasən, Əsəd rejimi ölkə ərazisində baş verənlərə cavabdehlik daşıyır. Son iki ayda ilk dəfədir baş verən insident İsrailin suverenliyinin pozulması deməkdir”, - deyə müdafiə naziri Aviqdor Libarman bildirib.

Məlumata görə, İsrailin zərbələri nəticəsində iki suriyalı hərbçi həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar