Cəlilabadda yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO

Qezada-sinmish-padpres-180912Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “Mercedes" markalı avtomobil əvvəl qarşı tərəfdən gələn “VAZ-21 011” markalı avtomobilə, daha sonra isə “VAZ-2107”yə çırpılıb. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Cəlilabad sakinləri Elmir İbrahimov, Bayram Əliyev, Xanım Rəhimov, həmçinin Lənkəran və Bərdə rayon sakinləri Məhəbbət Qurbanova, Cümə Cüməzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan Məhəbbət Qurbanovanın vəziyyəti ağırdır.

Faktla bağlı araşıdrma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar