Pakistanda yanacaqdoldurma çəni yanıb - 123 nəfər ölüb

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə “Geo Tv” telekanalı məlumat yayıb.

İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərin çoxunun da durumu ağırdır.

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar