Almaniya Ərdoğanın mühafizəçilərinə qadağa qoydu!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya hökuməti Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə ölkəyə girməyi qadağan edib.

«Velt am zontaq» qəzetinin yazdığına görə, bu qadağa yalnız Vaşinqtonda baş vermiş toqquşmanın iştirakçısı olmuş mühafizəçilərə aiddir.

Məsələ burasındadır ki, Ərdoğan «böyük iyirmilər»in sammitində iştirak etmək üçün Hamburqa səfərə hazırlaşır. Almaniya xüsusi xidmətləri xəbərdarlıq edirlər ki, şəhərin küçələri Türkiyə Prezidenti Ərdoğanın və ABŞ Prezidenti Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşma meydanına çevrilə bilər. Bu toqquşmalara Almaniyada yaşayan kürdlər, sağ və sol ekstremistlər cəlb oluna bilərlər.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar