Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

Göygöl rayonunda oğlunun maşınını vuran sürücü ilə mübahisə edən atanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Topalhəsənli kəndində iki avtomobil toqquşub.

Hadisə yerinə gələn sürücülərdən birinin atası, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlu oğlunun maşınını vuran digər sürücü ilə mübahisə edib. Bu zaman həmin sürücü idarə etdiyi avtomobili onun üzərinə sürərək onu vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar