Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurulacaq
Baxiş sayı:
Dərc olunub:
25/06/2017 - 23:20
Bu il Bakı şəhərində 10-dan artıq avtomobil yolunun yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulub.
Bu barədə Trend-ə müsahibəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Qurum rəsmisi bildirib ki, hazırda Bakı şəhərində 100-ə yaxın yeraltı və yerüstü piyada keçidləri var:
"Əvvəllər Bakıda cəmi 14 piyada keçidi var idi. 2015-ci ildə "Azəravtoyol" Bakıda 40-dan artıq yerüstü piyada keçidinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara təkliflər göndərdi. 2016-cı ildə Bakıda 20-dən artıq piyada keçidinin tikintisinə başlanıldı. Artıq 5 yerüstü, iki yeraltı keçid tikilib istifadəyə verilib. Bəzi keçidlərin tikintisi isə yekunlaşmaq üzrədir".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.