Putinlə Tramp G20 sammitində görüşə bilərlər - Ağ Ev

tramp putin«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin administrasiyası iyul ayında «Böyük iyirmilər»in (G20) Almaniyada keçiriləcək sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşə biləcəyini istisna etmir.

Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib («Röyter»).

«Hamısı ondan asılıdır ki, biz bəzi problemlər və əməkdaşlıq barədə qərarlar üzərində işləyə biləcəyikmi? Əgər biz, istək tapa biləcəyiksə, bunu etmək istərdik» - deyə, Spayser Putinlə Trampın görüşünün təşkilini nəzərdə tutub.

O, qeyd edib ki, Vaşinqton Moskva ilə «normal» münasibətləri dəstəkləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar