Trampın qızı İvanka plagiatda şübhəli bilindi! - Məhkəmədə ifadə verəcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın qızı İvanka qalmaqala düşüb. O, bir ayaqqabı istehsalçısının ideyasını «oğurlamaq»da şübhəli bilinib.

Oktyabrın sonuna qədər İvanka məhkəmədə ifadə verməlidir.

Manhettenin rayon məhkəməsi İvankaya bunu Nyu-Yorkda yox, Vaşinqtonda etməyə icazə verib. Çünki bu yaxınlarda Prezidentin arvadı və uşaqları Vaşinqtona köçüblər («Bloomberq»).

Bir il bundan əvvəl «Aquazzura» ayaqqabıları istehsal edən İlaliyalı biznesmen bəyan edib ki, Donald Trampın qızı onun bahalı (780 dollar) ayaqqabı modellərindən birinin dizaynını «oğurlayıb».

İvankanın şirkəti praktiki olaraq, həmin ayaqqabıların tamamilə eyni olan ayaqqabıları öz markası altında istehsal edib və ona 150 dollar qiymət qoyub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar