BMT-də yeni müvəkkil postu təsis oluna bilər - Jurnalistlərin müdafiəsi üzrə

bmt«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibliyində jurnalistlərin müdafiəsi üzrə müvəkkil postu təsis oluna bilər. İdeyanı Almaniya bundestaqı dəstəkləyib («dw.com»).

Jurnalistlərin müdafiəsi üzrə müvəkkilin vəzifələrinə dövlətlər tərəfindən jurnalistlərin müdafiəsi və mətbuat azadlığı sahəsində beynəlxalq-hüquqi öhdəliklərə əməl olunmasının izlənməsi, pozuntular barədə birbaşa BMT Baş katibinə məruzə olunması məsələləri daxil olacaq. Elçilərdən fərqli olaraq, xüsusi müvəkkil BMT ştatına daxil ediləcək, müstəqil fəaliyyət göstərəcək və özünün ofisi olacaq.

Bundestaq üzvləri hesab edirlər ki, Almaniya hökuməti Avropa və beynəlxalq səviyyələrdə mülki kommunikasiya sistemlərinin müstəqilliyinin qorunması sahəsində daha artıq qayğıkeşlik göstərməlidir.

«Sərhədsiz reportyorlar» beynəlxalq hüquq-müdafiə təşkilatı artıq bundestaqın dünyada ilk dəfə səsləndirdiyi bu təklifə reaksiya verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar