"XXI yüzillik Asiya əsri olacaq" - Sorosun ortağı

George SorosXXI yüzillik Asiya əsri olacaq.

Axar.az xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində məşhur amerikalı iş adamı, milyarder Corc Sorosun keçmiş ortağı Cim Rocers söyləyib.

“Qərbin çökməsi fövqəladə bir ifadə deyil. Məsələn, ABŞ cümhuriyyət elan ediləndən bu yana hər 4-8 ildən bir iqtisadi sıxıntılarla üz-üzə qalıb. Bu cür sıxıntılar olmadan da yaşamaq mümkündür, amma onlar hər zaman müxtəlif yollarla ortaya çıxırlar. Sonuncu sıxıntımızdan bu yana 8 il keçdi. 2008-ci il böhranı həmin dövrə qədər toplanmış həddən artıq borcdan qaynaqlanırdı. Neçə illərdir borclanmayan Çinin belə borcu son dərəcə yüksək səviyyədədir.

Avropa ilə ABŞ arasındakı münasibətlərdə getdikcə artan anlaşılmazlıq Qərbin iqtisadi sistemini çökdürəcək. Dünyanın ən böyük iqtisadiyyatı problem yaşayanda bundan demək olar ki, hər kəs öz payını götürür. ABŞ 1930-cu illərdəki böhrandan ağır xəsarətlər aldı, amma yenə yüksəlməyə doğru atdığı addımları dayandırmadı. Lakin XXI yüzillik Asiya əsri olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Cim Rocers uzun müddət milyarder Corc Sorosla birgə Kvant Fondunda çalışıb. 2008-ci il böhranını öncədən deyən Rocers bir müddət əvvəl bu ilin sonu və ya gələn il baş verəcək böhranın Qərb mədəniyyətini yox edəcəyini bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar