2 bankın xilas edilməsinə 17 milyard avro ayrılacaq

İtaliya hökuməti iki "Banca Popolare di Vicenza" və "Veneto Banca" banklarının ləğv olunmasına 17 mlrd avro ayıracaq. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, hər iki bankın aktivləri "keyfiyyətli" və "keyfiyyətsiz"lərə təsnif olunacaq.

"Financial Times" yazır ki, bankların sanasiyası İtaliya tarixində ən irimiqyaslı olacaq.

Xatırladaq ki, ötən həftənin cümə günü Avropa Komissiyası İtaliya Nazirlər Kabinetinin planını dəstəkləyib. Rəsmi Roma bildirir ki, atılan addım bank sektorundakı böhran son qoyacaq.

"Bloomberg" agentliyi isə iddia edir ki, İtaliyanın ən iri banklarından biri olan "Intesa Sanpaolo SpA" hər iki bankın keyfiyyətli aktivlərini almağa razılıq verib.

Məsləyə münasibət bildirən maliyyə naziri Pyer Karlo Padoan deyib ki, bankların keyfiyyətli aktivləri "Intesa"ya simvolik olaraq 1 avro müqabilində ötürüləcək. Öz növbəsində "Intesa" hökumətdən 5,2 mlrd avro məbləğində dəstək alacaq. Belə ki, bu dəstək hesabına bank problemli aktivlərin qəbulu zamanı özünü kapital çatışmazlığından qorumuş olacaq. Gələcəkdə hökumət "Intesa"ya 12 mlrd avro da ayırmağı planlaşdırır.

Bu gün "Intesa"nın yaydığı press-relizdə deyilir ki, ləğv olunan hər iki bankın filialları və əməkdaşları birincinin tabeliyinə keçir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar