İsrail elektrik təyyarələrinin istehsalına başlayır

İsrailin "Eviation Aircraft" şirkəti regional elektrik sərnişin təyyarələrini təqdim edib.

Trend-in məlumatına görə, 2018-ci ilin sonunda təyyarələrin uçuşu planlaşdırılır.

"Alice" adlı təyyarələrə 3 elektrik mühərriki quraşdırılacaq. 10 nəfərə qədər sərnişin tutumu olan elektrik təyyarəsi 560 kilometr məsafə qət edə biləcək. Gələcəkdə bu məsafənin 1,3 min kilometrə qədər artırılması planlaşdırılır.

"Eviation Aircraft" dünyada bu tip seriya təyyarələr istehsal edən ilk şirkət olacaq. Elektrik təyyarələr daha qənaətcil, ekoloji və daha səssiz hesab edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar