Rusiya və ABŞ prezidentləri Almaniyada görüşə bilər

"Rusiya prezidenti Vladimir Putinin Almaniyanın Hamburq şəhərində keçiriləcək "Böyük-20-liyin" (G-20) sammiti çərçivəsində amerkalı həmkarı Donald Trampla görüşmək imkanı olacaq".

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu görüşü amerikanlar üçün ən münasib formatda keçirməyə hazırdır: "İstənilən halda onlar eyni məkanda, eyni tədbirdə olacaqlar. Beləliklə, görüş imkanı olacaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar