Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü və bayram tədbirləri təşkil olunub.

Müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin konsert proqramları və digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.

[gallery columns="5" size="full" ids="334122,334123,334124,334125,334126,334127,334128,334129,334130,334131,334132,334133,334134,334135"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar