ABŞ HHQ qırıcısı eniş edərkən çevrilib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinə (HHQ) məxsus F-16 qırıcı təyyarəsi Deyton şəhərinin (Ohayo ştatı) aeroportuna eniş edərkən, zolaqdan çıxıb və çevrilib.

Təyyarədə pilot və bir nəfər texniki mütəxəssis olub. Onların hər ikisi zədələrlə, hospitala yerləşdirilib.

Təyyarənin aid olduğu eskadrilyanın komandiri Ceyson Herd bildirib ki, pilot Deytonda aviaşouya hazırlaşırmış və böyük təcrübəyə malikdir. Öz karyerası boyunca o, 1,5 min saatlıq uçuş edib.

«Təyyarə zədə alıb. Pilot və sərnişin olan texniki mütəxəssis hospitala yerləşdirilib. Onlara tibbi yardım göstərilir. Hər ikisinin vəziyyəti yaxşıdır» - deyə, Herd qeyd edib.

Qəzanın başvermə səbəbləri hələlik müəyyən edilməyib. Hava şəraiti isə uçuş üçün məqbul olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar