“Mən Putinin fanatıyam” – Maradona

Dərc olunub: 26/06/2017 - 22:20

maradonaƏfsanəvi argentinalı futbolçu Dieqo Maradona özünü Rusiya prezidenti Vladimir Putinin fanatı adlandırıb.

“Biz yenə Putinlə ünsiyyətdə olacağıq. O mənə zəng edib və Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatı üçün nəsə etməyimi istəyib. Mən Putinin fanatıyam və xahişə sevə-sevə cavab verəcəyəm. Mənimlə iki ay əvvəl də əlaqə qurmuşdular, lakin prezidentlə şəxsi görüşdə məsələni müzakirə etmək vacibdir”, – virtualaz.org xəbər verir ki, Maradona “Ole” nəşrinə belə bildirib.

Xatırladaq ki, Rusiyada futbol üzrə dünya çempionatının final mərhələsi 2018-ci ilin iyun ayının 14-dən iyul ayının 15-nə qədər keçiriləcək.








loading...


Fikrinizi bildirin