İbrahimoviç "Atletiko"da oynaya bilər

Zlatan İbrahimoviç "Atletiko"nun maraq dairəsinə düşüb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu azad agent olan isveçli hücumçunu yanvarda transfer edə bilər. Z.İbrahimoviç həmin müddətə qədər zədəsini tam sağaldarsa, bu transferin böyük ehtimalla gerçəkləşəcəyi vurğulanıb.

Qeyd edək ki, FİFA-nın "Atletiko"ya verdiyi transfer qadağası yanvarda başa çatacaq.

Xatırladaq ki, Z.İbrahimoviç ötən mövsüm "Mançester Yunayted"də çıxış edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar