Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib

Bakıda bir nəfər özünü dənizə ataraq intihara cəhd edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:30-da başa çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar