Lavrov və Tillerson arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

“Söhbət zamanı tərəflər, atəşkəs rejiminin möhkəmləndirilməsi daxil olmaqla, Suriyada münaqişənin nizamlanması, terror qruplaşmalarına qarşı mübarizədə səylərin artırılması məsələlərini müzakirə edib, kimyəvi maddələrdən istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar