Rusiyada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rusiyanın Zabaykalye vilayətində çoxsaylı meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə regionun Təbii sərvətlər nazirliyinin məlumatında bildirilir.

Hazırda regionda 2,8 min hektardan çox sahəni əhatə edən 34 meşə yanğını davam edir. Yanğınların söndürülməsinə 804 canlı qüvvə və 181 ədəd texnika cəlb olunub. Son sutka ərzində 6 meşə yanğınını söndürmək mümkün olub.

Zabaykalye vilayəti hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, yerli bələdiyyələrə operativ əməliyyat qərargahları yaratmaq, yaşayış məntəqələrinin müdafiəsinin təşkil etmək, zəruri hallarda əhalinin təxliyə edilməsi məsələsini nəzərdən keçirmək tövsiyə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar