«Ukraynanın şərqinə təcavüz Rusiyadan qaynaqlanır» - Makron
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya Donbasda təcavüz həyata keçirir və Krımı Ukraynadan «qopardıb».
Fransa Prezidenti bu bəyanatla iyunun 26-da ölkəsində Ukraynanın Prezidenti Pyotr Poroşenko ilə keçirdiyi görüşdən sonra çıxış edib. Xəbəri «Ukrainskaya pravda» nəşri yayıb.
«Anlamaq lazımdır ki, təcavüz Rusiyadan qaynaqlanır, yəni təcavüzkar Ukrayna deyil. Biz həm də Krımın ilhaq olunduğunu etiraf edirik və bu, qanundankənardır. Biz, bilirik ki, müharibəni kim başlayıb. Biz, əldə olunmuş razılaşma çərçivəsində bu vəziyyətdən çıxmalıyıq» - deyə, Fransa lideri qeyd edib.
Makronun fikrincə, Donbas probleminin həlli üzrə Minsk formatı ideal deyil, ancaq hələlik ortada bundan yaxşı təklif yoxdur.
Bu baxımdan, Makron hesab edir ki, əgər prosesin bütün tərəfləri sazişin şərtlərinə əməl etməyə səy göstərsələr, Minskdə uğur əldə etmək olar.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.