Cənubi Koreya ABŞ RƏM sistemindən imtina etmək niyyətində deyil! 

raket1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın xarici işlər naziri Kan Hen Xva bəyan edib ki, ətraf mühitə mümkün təsirləri barədə əldə dolğun məlumat olmasa da, Seul ölkə ərazisində Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket əleyhinə müdafiə sistemlərinin (RƏM) yerləşdirilməsi barədəki planlardan imtina etməyəcək.

«Mənim hökumətimin, ABŞ-Cənubi Koreya alyansı çərçivəsində nəzərdə tutulmuş öhdəliklərdən geri çəkilmək fikri yoxdur» - deyə, «Renxan» agentliyi nazirdən sitat gətirir.

Bundan başqa, nazir bildirib ki, RƏM sisteminin Koreya yarımadasında ətraf mühitə təsiri məsələsi Cənubi Koreyanın daxili işidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar