Ağdaşda intihara cəhd - 58 yaşlı qadın sirkə turşusu içdi

Ağdaş sakini sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirkəkə kəndində baş verib.

Kənd sakini 1959-cu il təvəllüdlü Nazilə Məhərrəm qızı Məmmədova gecə saatlarında yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd etmək istəyib.

Yaxınları onu Ağdaş Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar