TRAMP EQOİZMİNİN DOKTRİNASI – O, ABŞ imperiyasını dağıdan imperatordurmu?

İkinci Dünya Müharibəsindən sonra Avropa iqtisadiyyatını inkişaf və bərpa etdirmək məqsədiylə Amerikanın həyata keçirdiyi proqram - ”Marşal planı”nın bu ay 70 illiyi tamam olur. Ümumi nəticədə Avropada demokratiyanın və sülhün möhkəmləndirilməsi üçün çoxtərəfli institutlar yaradıldı və dünya ictimaiyyəti anlamağa başladı ki, münaqişə və fikir ayrılıqlarını dialoq və qarşılıqlı razılaşdırma yoluyla həll etmək lazımdır. Bu prinsiplər əsasında yeni beynəlxalq qaydalar quruldu. 1945-ci ildən sonra meydana gəlmiş “Pax Americana” (Amerikansayağı dünya nizamı) hal-hazırda Tramp doktrinasının eqoizmi təhlükəsi ilə üzləşib.

Franklin Ruzveltin prezidentliyi dövründə meydana çıxmış yeni dünya nizamı - insan haqlarına hörmətlə yanaşılmasına, mənəvi prinsiplərə riayət olunmasına və azadlığa söykənirdi. Dünya nizamının başlıca məqsədi yeni təhlükələrə qarşı birlikdə mübarizə aparmaq və “qlobal cəmiyyət”-in formalaşmasına can atmaqdan ibarət olub.

Milyonlarla insan yüksək həyat tərzinin təmininə məhz bu cür yiyələnməyin mümkünlüyünə inanıb. Yeni dünya nizamı kommunizmin məhvinə gətirib çıxardı və ABŞ-a planetin istənilən guşəsində öz təsrini nümayiş etdirməyə imkan verdi.

Birləşmiş Ştatlar dünya hökmranlığına hərbi güclə deyil, ”yumşaq güc” tətbiq etməklə nail olub. Bu prinsipə əsasən öz məqsədinə məcbur etmək yoluyla yox, inandırmaq yolulayla çatılır. Başqa sözlə desək, ”yumşaq güc” diplomatik üsullar, mədəni, siyasi və sosial dəyərlərin köməyi ilə həyata keçirilir. O dövrün ən əlamətdar nümunələrindən biri Ronald Reyqanın Berlində söylədiyi məşhur frazadır: ”Cənab Qorbaçov, bu divarı dağıdın!” ABŞ prezidentinin bu sözləri nüvə arsenalından daha inandırıcı idi.

Sözsüz ki, ABŞ-ın soyuq müharibədə qalib gəlməsindəki əsas rolu hərbi cəhətdən həyata keçirilən önləyici tədbirlər oynayıb. Məhz ”yumşaq güc”ün sayəsində sovet blokunu daxildən transformasiya etmək baş tutdu.

“Yumşaq güc” terminini ilk dəfə amerikalı politoloq Cozef Nay 1990-cı ildə nəşr etdirdiyi kitabında dilə gətirib. Hərbi gücün təhlükəsizlik sığortası rolu oynamasını etiraf etməklə yanaşı, qeyd edilir ki, məhz Amerikan diplomatiyası sayəsində yeni liberal nizam qaydaları və həmçinin də Beynəlxalq Valyuta Fondu, BMT, NATO kimi sistemlər yaradılıb.

Uzun müddət ərzində yeni dünya nizamı nəinki dünya nüvə müharibəsinin qarşısını almaq üçün ən yaxşı vasitə idi, o həm də dünyada Amerikan hakimiyyətinin möhkəmlənməsi üçün səmərəli üsul olub. Elə bu səbəbə görə də, bütün Amerika prezidentləri - istər respublikaçılar və istərsə də demokratlar olsun - yeni dünya nizamının saxlanılması və möhkəmləndirilməsinə çalışıblar.

Lakin Trampın Ağ Evə gəlişi ilə hər şey büsbütün dəyişdi. 20 yanvar 2017-ci ildən sonra dünya ictimaiyyəti Trampın nə edəcəyi bəlli olmayan davranışlarından narahat olmağa başlayıb.

Trampın apardığı siyasətin mahiyyəti ilə bağlı suala prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster və onun baş iqtisadi məsləhətçisi Heri Kon “The Wall Street Journal” qəzetində belə cavab veriblər: “Prezident Tamp aydın şəkildə anlayır ki, dünyada “dünya ictimaiyyəti” deyilən bir məfhum yoxdur. Dünya arenası var ki, orada millətlər, qeyri-hökumət təşkilatları və şirkətlər rəqabət aparırlar və beləliklə də, bir-birinə hiylə gəlməyə cəhd edirlər”.

Həmin sözlərdən belə anlaşılır ki, yəni Yer kürəsində nəinki mənəvi, hətta strateji prinsiplər də yoxdur. Beynəlxalq münasibətlərin yeganə hərəkətverici qüvvəsi -eqoizmdir. Trampın bütün ömrü boyu qəbul etdiyi doktrina bundan ibarətdir.

Ölkələrin və insanların qarşılıqlı münasibətlər tarixi həmişə eqoizm və amansızlıqla xarakterizə olunub və onları daha da pisləşdirməyə cəhd göstərmək qətiyyən lazım deyil. ABŞ öz xarici siyasətində həmişə yer almış ümumbəşəri dəyərləri irəli aparmaqda davam etməlidir. Vyetnamda və İraqda buraxılmış faciəvi səhvlərə baxmayaraq, buna can atmaq lazımdır. İnsan səhvindən qaçmaq mümkün deyil, ancaq həmişə digər insanlara mərhəmətli yanaşmağı öyrənməyə ehtiyac var.

Ölkə prezidenti xarici siyasətin işlənib hazırlanmasında eqoizmi əsas prioritet götürməməlidir. Eqoizm ABŞ-ın dünyada heyranlıq yaradan böyüklük çərçivəsinə uyğun gəlmir.

Donald Tramp nəinki müharibəyə çağırır, o həmçinin ABŞ-ın dünya liderliyini də şübhə altına qoyur. Bunların hamısının cavabdehliyi tamamilə prezidentin üzərinə düşür.

Dünyanın heç bir ölkəsinə Vaşinqtonun qüdrətini dağıtmaq müyəssər olmayıb. Tramp, çox asanlıqla Rusiya və Çinə həm iqtisadi, həm də geosiyasi sferalarda güzəştə gedir. Çin Xalq respublikasının sədri Si Çzinpin Trampın davranışlarına heyrandır. Çünki Çin “yumşaq güc” vasitəsilə dünya hökmranlığına yiyələnməyə cəhd edir. Vasitə kimi yeni ipək yolunun yaradılması ideyasından istifadə olunur. İpək yolu layihəsində 64 ölkə iştirak etmək istədiyini bildirib. Bu ölkələr arasında əsas aparıcı Avropa, həmçinin də Asiya, Afrika və Latın Amerikası ölkələri yer alır.

Ekspertlər Çinin bu təşəbbüsünü Amerikanın “Marşal planı”nın müasir versiyası adlandırırlar. Həmin təşəbbüs öz təsir imkanlarını genişləndirmək və ”Vahid qlobal birlik- vahid tale!” devizi altında hegemonluğun bərqərar edilməsinə doğru hədəflənib.

Roma imperiyasından tutmuş, bütün tarix boyu heç bir xalq ABŞ qədər öz əlində bu cür güc cəmləyə bilməyib. Bununla yanaşı unutmaq olmaz ki, məğlubedilməz və möhtəşəm Roma imperiyası son nəhayətdə çökdü. İndi Amerikan imperiyasını dağıtmaq üçün imperator qismində bir insan lazımdır.

(“El Nuevo Herald”-USA)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar