Ukraynada terror - Yüksək vəzifəli zabit öldürüldü

Kiyevin Solomensk rayonunda avtomobilin partlaması nəticəsində sürücü ölüb, iki nəfər yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu haqda Kiyev polis idarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən partlayıb. Avtomobilin salonunda sürücünün tək olduğu bildirilib. Partlayış nəticəsində avtomobilin hissələri uçaraq, müxtəlif istiqamətlərə düşüb.

Partlayışın səbəbini müəyyən etmək məqsədi ilə hadisə yerində mütəxəssislər fəaliyyət göstərir.

"Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur."

Bunu Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.

Onun sözlərinə görə, hadisə ilə “terror hadisəsi” maddəsi ilə cinayət işi açılıb.

Direktor əlavə edib ki, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir.

Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi sakinlər olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar