«Donbas münaqişəsini izləyin!»

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Litvanın Ukraynadakı səfiri Maryus Yanukonis bazar ertəsi Kiyevdə beynəlxalq forumun gedişi zamanı dünya ictimaiyyətinə «Donbas münaqişəsini izləyin» çağırışı edib. Xəbəri «İnterfaks-Ukrayna» agentliyi yayıb.

«Şərqdə atəşkəs işləmir, infrastruktur obyektləri məhv edilir, ekoloji və humanitar situasiya pisləşir. Ona görə də fikirləşirik ki, Donbasın taleyinə Ukrayna hakimiyyəti və dünya ictimaiyyəti tərəfindən diqqəti aptırmaq və vəziyyəti diqqətdə saxlamaq olduqca vacibdir» - deyə, Litva səfiri bəyan edib.

«Avropalı həmkarlar Ukraynada səs-küylü korrupsiya işi üzrə araşdırmaların uğurla başa çatdırılmasını gözləyirlər» - səfir əlavə edib.

«Avropa İttifaqı və Ukraynanın beynəlxalq həmkarları bu ölkədə məhkəmə islahatlarını və antikorrupsiya orqanlarının möhkəmləndirilməsini yetərincə maliyyələşdirəcəklər. Biz, korrupsiya ilə mübarizə səylərini alqışlayırıq, ancaq hər şeydən əvvəl, çox vacib işlər üzrə məhkəmə prosesinin yenilənməsini və məhkəmə-hüquq fəaliyyətinin qələbə çalmasını gözləyirik. Bunsuz, irəli getmək və uğura ümid bəsləmək çətin olacaq» - deyə, litvalı diplomat qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar