Pxenyan Trampın siyasətini «21-ci əsrin nasizmi» adlandırıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın siyasətini «21-ci əsrin nasizmi» adlandırıb.

KXDR Mərkəzi teleqraf agentliyinin xəbərində deyilir ki, «Amerika hər şeydən üstündür» prinsipi hərbi gücün köməyi ilə dünya hökmranlığı uğrunda mübarizənin göstəricisidir və Hitlerin dünyanı işğal etmək konsepsiyası ilə eyniyyət təşkil edir.

Donald Tramp Şimali Koreya mövzusundan əl çəkmir. O, Ağ Evdə Hindistanın Baş naziri ilə görüşü zamanı yenə də KXDR-nın nüvə proqramı barədə danışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar