SOCAR prezidenti Gürcüstan hökumətinin müşavirəsinə qatılıb

rovneq_abdullayev_042Tiflisdə səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə R. Abdullayev jurnalistlərə açıqlamasında bildirib. R. Abdullayevin sözlərinə görə, o, baş nazirin və digər rəsmi hökumət nümayəndələrinin iştirak etdiyi hökumətin müşavirəsinə də qatılıb. R. Abdullayev müşavirədə SOCAR-ın Gürcüstanda həyata keçirilən layihələr və əməliyyatlar barədə danışıqlar aparıldığını bildirib. O, SOCAR-a dəstək verdiyi üçün Gürcüstan dövlətinə minnətdarlığını bildirib: “Azərbaycan Gürcüstanın qazlaşdırılmasına böyük həcmdə investisiya yatırıb. Biz həmçinin Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə soydaşlarımızın kompakt yaşadığı bölgələrə də investisiya yatırır, yeni iş yerləri açır, mədəniyyət mərkəzləri, idman kompleksləri tikir, azərbaycanlıların firavan yaşayması və Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçiririk”, - deyə R. Abdullayev qeyd edib.

R. Abdullayev açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə “Təqaüd proqramı”nın həyata keçirildiyini və azərbyaycanlı gənclərin Gürcüstanda ali təhsil almaları üçün SOCAR tərəfindən tələbələrə təqaüd verildiyini bildirib: “Düşünürük ki, Gürcüstanın müxtəlif ali məktəblərində nə qədər çox soydaşımız təhsil alaraq müxtəlif ixtisaslara yiyələnərsə, dövlət və hökumət strukturlarında onların sayı çoxalar və soydaşlarımızın firavan yaşayışı üçün daha çox imkanlar yaranar”, - deyə SOCAR prezidenti bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar