ABŞ yeni sənəd açıqladı: “Rusiyada gizli düşərgələr var...” - SİYAHI

“Rusiyada Şimali Koreya vətəndaşlarının qul kimi işlədildiyi əmək düşərgələri var”.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yeni yayılmış hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, Rusiya hökuməti ölkə ərazisində belə düşərgələrin mövcudluğu ilə bağlı KXDR ilə müqaviləni dəstəkləməklə yanaşı, bu yaxınlarda onu bir az da genişləndirib. Həmin düşərgələrdə isə hazırda minlərlə şimali koreyalı qul kimi işlədilir.

Hesabata görə, KXDR hər il 20 minə yaxın vətəndaşını Rusiyaya işləməyə göndərir. Bundan başqa, Rusiyada rəsmi fəaliyyət göstərən 30 minə yaxın KXDR vətəndaşı da məcburi əməyə cəlb olunur.

Yeni yayılmış hesabatda Dövlət Departamenti Rusiyanı qul əməyinə qarşı mübarizədə minimal tələbləri yerinə yetirməyən ölkələr siyahısına daxil edib. İndi bu siyahıda Rusiya ilə yanaşı, Belarus, Türkmənistan, Özbəkistan, Çin, KXDR, Suriya, İran və Venesuela yer alır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar