ABŞ sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir

ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir.

“APA-Economics” xəbər verir ki, bu barədə məlumat “Ağ Ev”in saytında yer alıb. Məlumata görə, 2016-cı ildən 2040-cı ilə qədər ABŞ təbii qazının satışından federal büdcənin gəlirlərini 118 mlrd. dollara qədər artıra bilər.

“ABŞ-ın “qaz inqilabı” sıxılmış təbii qaz ixracatçısı kimi ölkəmizin qlobal oyunçuya çevrilməsinə gətirib çıxaracaq”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, 1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin aprelin 28-də sələfi Barak Obamanın şelfdə şelfində mineral ehtiyatların hasilatının, Atlantik, Sakit okeanlarında və Meksika körfəzində neft və qaz hasilatı genişləndirilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını ləğv edib. Sənəd təxminən 7 mln. kvadrat kilometr ərazidə hasilat işlərinə başlamağa icazə verir. Bu ərazilərdə 90 mlrd. barrel neft və 9 trln. kubmetr qaz ehtiyatının olduğu güman edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar