«Ageyev Rusiya ordusunda xidmət etmir» deməklə… - Müdafiə Nazirliyi alçaqlıq edir!

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya əsgər anaları Komitələri İttifaqının başçısı Valentina Melnikova «Exo Moskvı» radiosuna bəyan edib ki, Müdafiə Nazirliyi (MN) «Luqanskda Ukrayna hərbçilərinə əsir düşmüş kontraktlı-hərbçi Viktor Ageyev Rusiya ordusunda müqavilə üzrə hərbi xidmət keçməyib» deməklə, alçaqlıq edir.

Melnikova hesab edir ki, Viktor Ageyedən imtina etməklə, Rusiya onun həyatını təhlükəyə atır.

«Hərbi əsirin statusu olur: onun müdafiə, yazışma, Qızıl Xaçla müqavilə bağlamaq, dəyişilmə hüquqları var. Sadəcə muzdlu isə belə hüquqlara malik deyil. Beynəlxalq qanunlara əsasən, Ukraynalılar onu sadəcə güllələyə bilərlər, vəssalam. Bax, alçaqlıq bundadır…» - deyə, Melnikova bəyan edib.

Təşkilat rəhbəri qeyd edib ki, Ukrayna münaqişəsinə qədər Rusiya tərəfi heç vaxt öz hərbi qulluqçularından imtina etməyib. İndi isə bu təcrübə kifayət qədər geniş yayılıb.

«İndi Müdafiə Nazirliyi və Hərbi prokurorluğun şəxsində Rusiyanın nümayiş etdirdiyi ən alçaq davranış – öz hərbçisindən imtina etməyidir. Biz, 29 ildir ki, işləyirik - əsgər anaları Komitələri. Heç bir müharibədə – nə Əfqanıstanda, nə də Sovet İttifaqında gedən müharibələrin heç birində belə hal olmayıb ki, dövlət öz hərbçilərindən imtina etsin. İndi isə bu, hər yerdə və ətrafımızda baş verir» - Melnikova əlavə edib.

Melnikova danışıb ki, Ukrayna tərəfi kifayət qədər əsir götürüb, ancaq onlardan neçəsinin Rusiya hərbçisi olduğu məlum deyil. Çünki onların valideynləri əsgər anaları Komitələrinə müraciət etmirlər.

«Təəssüf ki, biz, onların sayını bilmirik, çünki bizim hərçilərin ailələri kömək üçün müraciət etmirlər. Amma bilirəm, nə üçün etmirlər. Onlar ya qorxurlar, ya onları nələrlə isə «satın alırlar», ya da onlar öz doğmalarına sadəcə «tüpürürlər». Valideynləri də, arvadları da, təəssüf ki, bu məsələdə özlərini çox məsuliyyətsiz aparırlar» - Melnikova bu fikirdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar