Ağ Ev «qaz inqilabı»nın başlandığını elan etdi!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin (ABŞ) saytında «qaz inqilabı»nın həyata keçirilməsi və təbii qazın qlobal ixracçısına çevrilmək planları barədə məlumat yer alıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyətinin planlarına görə, artıq 2020-ci ilə rəsmi Vaşinqton sıxılmış təbii qaz bazarında «qlobal oyunçu»ya çevrilməlidir. Gözlənilir ki, bu fəaliyyət növü 2016-2040-cı illər arasında ABŞ büdcəsinə 118 milyard dollar gəlir gətirəcək.

«Qaz inqilabı ona gətirib çıxaracaq ki, ABŞ sıxılmış təbii qaz ixracı sahəsində qlobal oyunçuya çevriləcək» - deyə, Ağ evdə qeyd ediblər.

Bundan əvvəl, ABŞ istisnasız olaraq, təbii qazı idxal edib. 2017-ci ilin yazında Prezident Donald Tramp şelfdə neft və qaz hasilatının məhdudlaşdırılması barədə sabiq Prezident Barak Obamanın fərmanını ləğv edib və bununla da Atlantik, Sakit, Şimal Buzlu okeanlarda, eyni zamanda, Meksika körfəzində neft və qaz çıxarılmasına icazə verib.

Məlumata görə, bu ərazilərdə kəşf olunmuş qaz ehtiyatlarının həcmi 9 trilyon kubmetrə yaxındır.

Bundan əvvəl KİV-r xəbər vermişdilər ki, Almaniya ABŞ-ı antipusiya sanksiyalarının köməyi sayəsində, qaz ixracçısı qismində öz xidmətini irəli aparmaq cəhdlərinə görə ittiham etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar