Şəmkir və Sabirabad sakinlərindən 6 kq narkotik götürülüb

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Qaratəpə kənd sakini Səbuhi Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şəmkir rayon sakini Muraz Rüstəmovdan 2 kiloqram 421 qram marixuana götürülüb. Onun Şəmkir rayonunun Dəllər Cırdaxan kəndindəki evinə baxış zamanı isə əlavə olaraq 550 qram marixuana aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar