Rusiyalı Andlılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

Andlı iclasçılar rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, andlı iclasçılar üçgünlük müzakirələrdən sonra müşavirə otağından çıxıb və hökmün hazır olduğunu bildirib.

Onlar Zaur Dadayevi rusiyalı siyasətçinin qətlində təqsirkar biliblər.

Hakim hökmün öyrənilməsi üçün vaxt istəyib.

Qeyd edək ki, B.Nemtsovun qətli ilə bağlı beş nəfərin istintaqı üzrə iş gedir.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də axşam saatlarında qətlə yetirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar