BAKIDA ÇEMPİON QIZIN ÖLÜM ANI - VİDEO + FOTOLAR

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən avtomobil qəzasına düşüb. Məlumata görə, qəza Nobel prospekti Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sürücü ilkin açıqlamasında həmin ərazidə işıqlanmanın zəif olmasını və piyada keçidi nişanının olduqca yaxın ərazidə qoyulmasını səbəb kimi göstərib.

Sakinlərin dediyinə görə, bu həmin ərazidəki ilk belə hal deyil. Bundan öncə də həmin yerdə qəza olub.

AZXEBER.COM qəzanın özəl videosunu əldə edib. Həmin görüntüləri təqdim edirik:

**********

Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, R. Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından faktı təsdiqləyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar