"Xaric borc artsa da, ölkəmizin reytinqinə mənfi təsir etməyəcək" - Samir Şərifov

"Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovdeyib.

"Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməyəcək", - deyə nazir bildirib.

S.Şərifov əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək. /APA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar