Adambaşına düşən xarici dövlət borcunun məbləği 713,5 dollara çatdı 

dollarkreditcredit-e14508524497582017-ci ilin aprelin 1-nə Azərbaycanın adambaşına düşən xarici dövlət borcunun məbləği ilin əvvəlik ilə müqayisədə 1,2% artaraq 713,5 dollara çatıb.

"APA-Economics" xəbər verir ki, 2017-ci ilin aprelin 1-nə kredit sazişləri üzrə Azərbaycanın xarici dövlət borcu 11,1 mlrd. dollar təşkil edir. Faktiki olaraq, bu məbləğin 7 mlrd. dolları istifadə olunub ki, bu da ÜDM-in 18,1%-nə bərabərdir.

Cari ilin I rübündə Azərbaycan cəlb etdiyi kreditlərdən 83,2 mln. dollar istifadə edib.

Xarici dövlət borcunun 76,7%-i ABŞ dollarında, 11,8%-i avroda, 2,4%-i Yaponiya yenində, 9,1%-i isə başqa valyutalarda ifadə olunub. Kreditlərin 32,1%-i stabil dərəcə ilə cəlb olunub.

Kreditlərin 57,3%-i 10 illik, 38,8%-i 10 ildən 20 ilədək, 3,9%-i isə 20 ildən artıq müddətə cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar