YALTAQLIĞIN QADAĞAN OLUNMASI TƏKLİF EDİLDİ - "Həmin adamlar özlərini kişi saymır?"

“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.

Qüdrət Həsənquliyevin bəzi fikirləri iclasda gülüşə səbəb olub.  Q.Həsənquliyev deyib ki, deputat yaltaq olmamalıdır:“Eşitmişəm ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, bizdə də bu məsələ əlavə olunsun. Bizdə bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var və sairə. İndi həmin adamlar özlərini kişi saymır? Ancaq bu cür fikir söyləyənlər yaltaqlıq edirlər. Belə adamlar düşünmür ki, sabah onların övladları da ona sual verə bilərlər ki, ata bəs sən kişi deyilsən? Hesab edirəm ki, bu yaltaqlığın bir nümunəsidir və bu cür məmurlar dərhal cəzalandırılmalıdır”.

Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.

Daha sonra sözügedən qanun layihəsi səs qoyularaq ikinci, üçüncü oxunuşda qəbul edilib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar